Əsas Səhifə > Dünya idmanı > Qış Olimpiya Oyunlarına hazırlaşan biatlonçuda dopinq aşkarlanıb
Qış Olimpiya Oyunlarına hazırlaşan biatlonçuda dopinq aşkarlanıbDünən, 17:43 |
![]() İtaliyalı biatlonçu Rebekka Passlerdə dopinq aşkarlanıb. BrendSport.az xəbər verir ki, Qış Olimpiya Oyunlarından öncə idmançıdan götürülən test nümunəsi müsbət çıxıb. Onun orqanizmində anabolik steroidlərin yaratdığı yüksək estrogen səviyyəsini azaltmaq üçün istifadə edilən Letrozol preparatı aşkar edilib. Rebekka Passler Dünya Kubokunda 11-ci yeri tutduqdan sonra İtaliyanın olimpiya yığmasına daxil edilib. Qeyd edək ki, Qış Olimpiya və Paralimpiya Oyunları bu il 6-22 fevral tarixlərində İtaliyada keçiriləcək. Geri qayıt |