Əsas Səhifə > Dünya idmanı > XXI əsrdə ən çox oyun keçirən futbolçular bəlli olub
XXI əsrdə ən çox oyun keçirən futbolçular bəlli olubBu gün, 12:22 |
![]() XXI əsrdə ən çox rəsmi oyuna çıxan futbolçuların yenilənmiş siyahısı açıqlanıb. BrendSport.az xəbər verir ki, 2025-ci ilin sonuna olan məlumata əsasən, Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldu göstəricidə liderdir. 40 yaşlı hücumçu XXI əsrdə 1301 oyunda iştirak edərək siyahıya başçılıq edir. Braziliyalı qapıçı Fabio 1288 oyunla ikinci, Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç isə 1143 oyunla üçüncü pillədə qərarlaşıb. Argentina millisinin kapitanı Lionel Messi 1137 oyunla dördüncü yerdədir. Hazırda 9 futbolçu XXI əsrdə 1000 oyun həddini keçib. Bu göstəriciyə 2025-ci ildə İspaniya millisinin sabiq kapitanı Serxio Ramos və Uruqvay yığmasının hücumçusu Luis Suares də nail olublar. Ümumilikdə, XXI əsrdə 900-dən çox matça çıxan 36 futbolçu var ki, onlardan 22-si hələ də peşəkar karyerasını davam etdirir. Qeyd edək ki, Serxio Buskets, İvan Rakitiç və Pepe Reyna 2025-ci ildə futbolçu karyeralarını başa vurublar. Statistikaya əsasən, siyahıda yer alan futbolçular həm klub səviyyəsində, həm də milli komandaların heyətində uzunmüddətli və stabil çıxışları ilə fərqləniblər. Geri qayıt |