Əsas Səhifə > Dünya idmanı > NBA: Türkiyəli basketbolçunun komandasından ardıcıl üçüncü qələbə
NBA: Türkiyəli basketbolçunun komandasından ardıcıl üçüncü qələbəBu gün, 12:37 |
![]() ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha yeddi qarşılaşma keçirilib. BrendSport.az xəbər verir ki, türkiyəli basketbolçu Alpərən Şəngünün çıxış etdiyi “Hyuston Rokets” doğma meydanda “San-Antonio Spörs”ə 111:106 hesabı ilə qalib gəlib. Bu, komandanın müntəzəm mövsümdə ardıcıl üçüncü qələbəsi olub. Hazırda qonaqlar Qərb Konfransının turnir cədvəlində 2-ci, ev sahibləri isə 4-cüdür. Matçların nəticələri “Filadelfiya” - “Finiks Sanz” – 110:116 “Hyuston Rokets” - “San-Antonio Spörs” – 111:106 “Qolden Steyt-Uorriorz” – “Toronto Reptors” – 127:145 “Sakramento” - “Mayami Hit” – 117:130 “Çikaqo Bullz” - “Los-Anceles Klippers” – 138:110 “Yuta Caz” – “Minnesota” – 127:122 “Denver Naqqets” - “Los-Anceles Leykers” – 107:115. Geri qayıt |