Əsas Səhifə > Dünya idmanı > Bu gün futbol üzrə Afrika Millətlər Kubokuna yekun vurulacaq

Bu gün futbol üzrə Afrika Millətlər Kubokuna yekun vurulacaq


Bu gün, 10:00


Yanvarın 18-də futbol üzrə Afrika Millətlər Kubokunun final oyunu keçiriləcək.

BrendSport.az
xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək həlledici görüşdə meydan sahibi Mərakeşlə Seneqal yığmaları üz-üzə gələcək.

Qeyd edək ki, dünən keçirilən oyunda Misir kollektivini penaltilər seriyasında məğlub edən Nigeriya millisi turniri üçüncü pillədə başa vurub.
Geri qayıt