Əsas Səhifə > Dünya idmanı > Lebron Ceyms NBA tarixində məhsuldar ötürmələrin sayına görə ikinci olub

Lebron Ceyms NBA tarixində məhsuldar ötürmələrin sayına görə ikinci olub


5-01-2026, 15:12


“Los-Anceles Leykers” klubunun ulduz oyunçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyası (NBA) tarixində yeni nailiyyətə imza atıb.

BrendSport.az
xəbər verir ki, təcrübəli forvard etdiyi məhsuldar ötürmələrin sayına görə ikinci pilləyə yüksəlib.

Hazırda 40 yaşlı basketbolçunun aktivində ümumilikdə 13 793 assist var. Bu göstərici ilə o, Kris Polu (13 785) geridə qoyub. Siyahıya isə 17 645 ötürmə ilə Con Stokton liderlik edir.

Lebron Ceyms bu tarixi nəticəni NBA-nın müntəzəm mövsümündə “Memfis Qrizliz”ə qarşı keçirilən matçda (120:114) əldə edib. Həmin qarşılaşmada o, 10 assist, 26 xal və 7 ribaundla yadda qalıb.
Geri qayıt