Əsas Səhifə > Dünya idmanı > Kriştianu Ronaldu ilin ən çox qazanan futbolçusu olub
Kriştianu Ronaldu ilin ən çox qazanan futbolçusu olubDünən, 17:17 |
![]() “Forbes” nəşri 2025-ci ildə dünyanın ən çox qazanan futbolçularını açıqlayıb. BrendSport.az xəbər verir ki, siyahıya Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldu başçılıq edir. Portuqaliyalı ulduz bu il 280 milyon dollar gəlir əldə edib. İkinci pillədə ABŞ-ın “İnter Mayami” komandasının argentinalı hücumçusu Lionel Messi qərarlaşıb. Onun illik gəliri 130 milyon dollar təşkil edib. İlk “üçlüy”ü isə Səudiyyə Ərəbistanının digər təmsilçisi “Əl-İttihad”ın formasını geyinən fransalı forvard Kərim Benzema tamamlayır – 104 milyon dollar. 2025-ci ildə dünyanın ən çox qazanan futbolçuları 1. Kriştianu Ronaldu (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı) – 280 milyon dollar 2. Lionel Messi (“İnter Mayami”, ABŞ) – 130 milyon dollar 3. Kərim Benzema (“Əl-İttihad”, Səudiyyə Ərəbistanı) - 104 milyon dollar 4. Kilian Mbappe (“Real Madrid”, İspaniya) – 95 milyon dollar 5. Erlinq Holann (“Mançester Siti”, İngiltərə) – 80 milyon dollar 6. Vinisius Junior (“Real Madrid”) – 60 milyon dollar 7. Məhəmməd Salah (“Liverpul”, İngiltərə) – 55 milyon dollar 8. Sadio Mane (“Əl-Nəsr”) – 54 milyon dollar 9. Cud Bellinqem (“Real Madrid”) – 44 milyon dollar 10. Lamin Yamal (“Barselona”, İspaniya) – 43 milyon dollar. Geri qayıt |