Əsas Səhifə > Dünya idmanı > NBA: “Sakramento” 5 oyunluq məğlubiyyət seriyasına son qoyub
NBA: “Sakramento” 5 oyunluq məğlubiyyət seriyasına son qoyubBu gün, 10:56 |
![]() ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə daha 6 qarşılaşma keçirilib. BrendSport.az xəbər verir ki, “Sakramento” evdə türkiyəli basketbolçu Alpərən Şəngünün çıxış etdiyi “Hyuston Rokets”i qəbul edib. Meydan sahibləri əlavə vaxtda 125:124 hesabı ilə qalib gələrək 5 oyunluq məğlubiyyət seriyasına son qoyublar. Bu nəticədən sonra “Hyuston Rokets” hazırda Qərb Konfransının turnir cədvəlində 6-cı, “Sakramento” isə 15-ci pillədə yer alıb. Matçların nəticələri “Atlanta Hoks” – “Çikaqo Bulz” – 150:152 “Nyu-York Niks” – “Mayami Hit” - 132:125 “Vaşinqton Uizards” – “San-Antonio Spörs” – 113:124 “Bruklin Nets” – “Toronto Reptors” – 96:81 “Minnesota” – “Miluoki Baks” – 103:100 “Sakramento” – “Hyuston Rokets” – 125:124. Geri qayıt |