Əsas Səhifə > Dünya idmanı > “Barselona” baş məşqçisi ilə müqaviləni uzadır

“Barselona” baş məşqçisi ilə müqaviləni uzadır


Dünən, 16:22


İspaniyanın “Barselona” komandası baş məşqçisi Hans-Diter Flik ilə müqaviləni uzatmaq niyyətindədir.

BrendSport.az
xəbər verir ki, klub rəhbərliyi 60 yaşlı mütəxəssisin 2028-ci ilədək komandada qalmasını istəyir. Almaniyalı çalışdırıcının Kataloniya təmsilçisi ilə hazırkı sözləşməsi gələn ilin sonuna kimidir.

Xatırladaq ki, Hans-Diter Flik ötən ilin mayından “Barselona”ya rəhbərlik edir. La Liqa klubu onun rəhbərliyi altında ilk mövsümdə İspaniya çempionluğunu, ölkə kubokunu və Superkuboku qazanıb.
Geri qayıt