Əsas Səhifə > Dünya idmanı > NBA-nın müntəzəm mövsümündə daha 12 oyun keçirilib
NBA-nın müntəzəm mövsümündə daha 12 oyun keçirilib6-12-2025, 11:11 |
![]() ABŞ-ın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümündə daha 12 oyun keçirilib. BrendSport.az xəbər verir ki, “Boston Seltiks” evdə “Los Anceles Leykers”i 126:105 hesabı ilə üstələyib. “Orlando Mecik” “Mayami Hit”i (106:105), “Klivlend Kavalyers” “San Antonio Spörs”ü (130:117), “Denver Naqqets” “Atlanta Hoks”u (134:133), “Şarlott Hornets” “Toronto Reptors”u (111:86), “Nyu York Kniks” ”Yuta Caz”ı (146:112), “Detroit Pistons” “Portlend Treyl Bleyzers”i (122:116), “İndiana Peysers” “Çikaqo Bullz”u (120:105), “Hyuston Rokets” “”Finiks Sanz”ı (117:98), “Filadelfiya” “Miluoki Buks”u (116:101), “Memfis Qrizzlis” “Los Anceles Klippers”i (107:98) və “Oklahoma Siti Tander” “Dallas Maveriks”i (132:111) məğlub edib. Qərb konfransına 45 xalla “Oklahoma-Siti Tander” başçılıq edir. Şərq konfransının lideri isə 41 xalla “Detroit Pistons”dur. Geri qayıt |