Əsas Səhifə > Dünya idmanı > Futbol üzrə dünya çempionatının püşkü atılıb
Futbol üzrə dünya çempionatının püşkü atılıbDünən, 23:17 |
![]() ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. BrendSport.az xəbər verir ki, tədbir Vaşinqtonda təşkil olunub. A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, D pley-offunun qalibi (Danimarka/Şimali Makedoniya - Çexiya / İrlandiya cütünün qalibi) B qrupu: Kanada, Qətər, İsveçrə, A pley-offunun qalibi (İtaliya/Şimali İrlandiya - Uels/Bosniya və Herseqovina cütün qalibi) C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya D qrupu: ABŞ, Paraqvay, Avstraliya, C pley-offunun qalibi (Türkiyə/Rumıniya - Slovakiya/Kosovo cütünün qalibi) E qrupu: Almaniya, Kurasao, Kot d`İvuar, Ekvador F qrupu: Niderland, Yaponiya, B pley-offunun qalibi (Ukrayna/İsveç - Polşa/Albaniya cütünün qalibi), Tunis G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya H qrupu: İspaniya, Kabo Verde, Səudiyyə Ərəbistanı, Uruqvay I qrupu: Fransa, Seneqal, Norveç, 2-ci pley-offun qalibi J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya K qrupu: Portuqaliya, 1-ci pley-offun qalibi, Özbəkistan, Kolumbiya L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana Açılış oyununda Meksika ilə Cənubi Afrika Respublikası qarşılaşacaq. DÇ-2026 iyunun 11-dən iyulun 19-dək 48 milli komandanın iştirakı ilə keçiriləcək. Geri qayıt |