Əsas Səhifə > Dünya idmanı > FIFA simulyasiyaların sayını və vaxt itkisini azaltmaq üçün futbola yeni qayda gətirir
FIFA simulyasiyaların sayını və vaxt itkisini azaltmaq üçün futbola yeni qayda gətirirBu gün, 13:20 |
![]() FIFA futbolda simulyasiyaların qarşısını almaq və oyunun tempini qorumaq üçün yeni qayda tətbiq etməyə hazırlaşır. BrendSport.az xəbər verir ki, bu məqsədlə oyun zamanı tibbi müdaxiləyə ehtiyac duyan futbolçu meydana daxil olmaq üçün 2 dəqiqə gözləməli olacaq. Yenilik vaxt aparmaq üçün özünü yalandan zədəli kimi göstərən futbolçuları fikirlərindən daşındırmaq məqsədi daşıyır. Amma yeni qayda qapıçıya müdaxilə edildiyi və baş hakim kobudluğa yol verən futbolçuya vərəqə göstərdiyi vaxt tətbiq olunmayacaq. Qayda bu il Qətərdə keçiriləcək Ərəb Kubokunda ilk dəfə sınaqdan keçiriləcək. FIFA Hakimlər Komitəsinin prezidenti Pyerluici Kollina bildirib ki, yeni qayda simulyasiyaların sayını azaltmağı, futbolu daha dinamik, ədalətli və əyləncəli etməyi nəzərdə tutur. Geri qayıt |