Əsas Səhifə > Dünya idmanı > UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura bu gün start veriləcək
UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura bu gün start veriləcəkBu gün, 10:30 |
![]() Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura start veriləcək. BrendSport.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçiriləcək. “Barselona” İspaniyada Yunanıstanın “Olimpiakos”, “Arsenal” İngiltərədə İspaniyanın “Atletiko” komandası ilə üz-üzə gələcək. Fransa təmsilçisi PSJ Almaniyanın “Bayer”, İngiltərə nəhəngi “Mançester Siti” isə İspaniyanın “Vilyarreal” klubunun qonağı olacaq. UEFA Çempionlar Liqası Liqa mərhələsi III tur 21 oktyabr 20:45. “Barselona” (İspaniya) - “Olimpiakos” (Yunanıstan) 20:45. “Kayrat” (Qazaxıstan) - “Pafos” (Kipr) 23:00. “Bayer” (Almaniya) - PSJ (Fransa) 23:00. “Arsenal” (İngiltərə) - “Atletiko” (İspaniya) 23:00. “Kopenhagen” (Danimarka) - “Borussiya” (Dortmund, Almaniya) 23:00. “Nyukasl” (İngiltərə) - “Benfika” (Portuqaliya) 23:00. “Vilyarreal” (İspaniya) - “Mançester Siti” (İngiltərə) 23:00. PSV (Niderland) - “Napoli” (İtaliya) 23:00. “Yunion” (Belçika) - “İnter” (İtaliya) Geri qayıt |