Əsas Səhifə > Dünya idmanı > PSJ-nin yeni baş məşqçisi müəyyənləşib

PSJ-nin yeni baş məşqçisi müəyyənləşib


14-05-2018, 22:05


Klubun saytının yaydığı xəbərə görə, Tomas Tuhellə 2 illik müqavilə imzalanıb. O, 2017/2018 mövsümü başa çatdıqdan sonra Paris təmsilçisində işinə başlayacaq.

Qeyd edək ki, PSJ-nin hazırkı baş məşqçisi Unai Emeri mövsümün sonu klubdan ayrılacağını açıqlamışdı.

Xatırladaq ki, T.Tuhel bundan əvvəl "Maynts" və Dortmund "Borussiya"sında baş məşqçili edib.
Geri qayıt