Əsas Səhifə > Dünya idmanı > Çempionlar Liqası: “Barselona” – PSJ oyunu “Kamp Nou” stadionunda keçirilməyəcək

Çempionlar Liqası: “Barselona” – PSJ oyunu “Kamp Nou” stadionunda keçirilməyəcək


Bu gün, 12:39


İspaniyanın “Barselona” klubunun UEFA Çempionlar Liqasının II turunda Fransanın PSJ klubuna qarşı keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.

BrendSport.az
Kataloniya klubunun rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşma Barselona şəhərindəki “Olimpik Lyuis Kompanis” arenasında təşkil olunacaq.

Matçın “Barselona”nın əsas stadionu olan “Kamp Nou”da keçirilməməsinin səbəbi təmirə bağlanan arenanın açılması üçün lazımi inzibati icazələrin hələ də alınmamasıdır.

Qeyd edək ki, “Barselona” – PSJ görüşü oktyabrın 1-də reallaşacaq.
Geri qayıt