Əsas Səhifə > Dünya idmanı > ABŞ komandasının rəhbəri: Bakı trasında yarışmağı səbirsizliklə gözləyirik
ABŞ komandasının rəhbəri: Bakı trasında yarışmağı səbirsizliklə gözləyirikDünən, 16:39 |
![]() Bakı trasında yarışmağı səbirsizliklə gözləyirik. BrendSport.az xəbər verir ki, bu sözləri ABŞ-ın “Haas” komandasının rəhbəri Ayo Komatsu Formula 1 üzrə dünya çempionatının Azərbaycan mərhələsi barədə danışarkən deyib. O, Bakı trasının çox mürəkkəb olduğunu bildirib: “Çoxlu döngələri, eyni zamanda, uzun düz yolu var. Ona görə də avtomobillərimizin təkərlərinin yaxşı işləməsi çox vacib olacaq. İtaliya mərhələsində bir sıra səbəblərə görə ilk pillələrdə yer ala bilmədik. Bu dəfə səhvlərimizdən nəticə çıxarıb ilk “onluğ”a düşməyə çalışacağıq. Bu, əsas məqsədimizdir”. ABŞ komandasının pilotu Oliver Berman isə Bakı trasına qayıtmağın çox sevindirici olduğunu deyib: “Keçən il Azərbaycan Qran-Prisində yarışı 10-cu sırada başa vurmuşdum. Bu, mənim F1-də debütüm idi. Həmin yarışın xatirələri uzun müddət yaddaşımda qalacaq. Hələ o zaman komandaya yeni-yeni öyrəşirdim. Bakıdakı yarışda qazandığım təcrübə builki hazırlığıma çox kömək etdi. Bakıda gənclər kateqoriyalarında qalib gəlmişəm və bu trası, demək olar ki, yaxşı tanıyıram. Bəzi küçələri dar olur və yaxşı dövrə vurmaq üçün çox diqqətli olmaq lazımdır. Amma hər şey qaydasında olanda xoş hisslər yaşayırsan”. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək. Geri qayıt |