Əsas Səhifə > Dünya idmanı > Rusiyalı tanınmış güləşçi dünya çempionatında iştirak edə bilməyəcək

Rusiyalı tanınmış güləşçi dünya çempionatında iştirak edə bilməyəcək


Bu gün, 18:00


Rusiyanın sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Abdulraşid Sadullayev Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

BrendSport.az
xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, milli komandanın kapitanı olan güləşçi Şengen vizası ala bilmədiyi üçün mundiala qatılmayacaq. Onu heyətdə Maqomed Kurbanov əvəzləyib.

Dünya çempionatı sentyabrın 13–21-də təşkil olunacaq.
Geri qayıt