Əsas Səhifə > Dünya idmanı > DÇ-2026: Argentina və Braziliya yığmaları seçmə mərhələni məğlubiyyətlə başa vurub
DÇ-2026: Argentina və Braziliya yığmaları seçmə mərhələni məğlubiyyətlə başa vurubBu gün, 11:43 |
![]() DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsinə yekun vurulub. BrendSport.az xəbər verir ki, son oyun günündə 5 qarşılaşma təşkil olunub. Boliviya yığması Braziliyanı, Ekvador Argentinanı, Paraqvay isə Perunu 1:0 hesabı ilə üstələyib. Digər qarşılaşmada Kolumbiya Venesuelaya 6:3 hesabı ilə qalib gəlib, Çili - Uruqvay matçında isə qapılara qol vurulmayıb. Beləliklə, Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Braziliya və Paraqvay yığmaları dünya çempionatının final mərhələsinə iştirak hüququ əldə edib. Boliviya millisi isə DÇ-2026-ya vəsiqə uğrunda pley-off oyunlarında qüvvəsini sınayacaq. Geri qayıt |