Əsas Səhifə > Dünya idmanı > Ronaldo Aleks Fergüssona olan sevgisini belə göstərdi -

Ronaldo Aleks Fergüssona olan sevgisini belə göstərdi -


10-05-2018, 22:18


“Real”ın futbolçusu Kriştiano Ronaldonun İspaniya La Liqasının 36-cı turunda “Barselona” ilə oyunda (2:2) vurduğu qolun sevincini qeyd etməməsinin səbəbi bəlli olub.

Bu barədə portuqaliyalı hücumçu “Daily Star”a açıqlamasında məlumat verib.

O, sabiq baş məşqçisi Aleks Fergüssonun komada olduğu üçün qolu bayram etmədiyini deyib: “Əgər mənə futbol oynamağı öyrədən insan xəstəxanada həyatla mübarizə aparırsa, mən necə sevinə bilərəm?” – deyə o qeyd edib.

Xatırladaq ki, Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də Fergüssonun rəhbərliyi altında çıxış edib.
Geri qayıt