Əsas Səhifə > Dünya idmanı > Slovakiyada cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Slovakiyada cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib


Dünən, 17:54


Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatının açılış mərasimi keçirilib.

BrendSport.az
xəbər verir ki, "GoPass" arenada təşkil olunan tədbir bədii hissə ilə başlayıb.

Avropa Cüdo Birliyinin prezidenti Tot Laslo ötən gün start götürən yarışların uğurlu keçdiyini bildirib. Qurum rəhbəri turnirdə iştirak edən idmançılara uğurlar arzulayıb.

Ardınca Slovakiyanın Dövlət Himni səsləndirilib.

Bu gün Azərbaycan təmsilçilərindən Əbil Yusubov (73 kiloqram) və Süleyman Şükürov (81 kiloqram) qüvvələrini sınayıblar.

Ə.Yusubov təsəlliverici görüşdə, S.Şükürov isə 1/8 finalda rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıb.

Yarışın ilk günü isə Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (57 kiloqram) qızıl, Nizami İmranov (66 kiloqram) bürünc medal qazanıb.

Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.












Geri qayıt