Əsas Səhifə > Dünya idmanı > “McLaren” 5 milyard dollar ilə Formula 1-in ən dəyərli komandası olub
“McLaren” 5 milyard dollar ilə Formula 1-in ən dəyərli komandası olub3-09-2025, 16:00 |
![]() Formula 1-də yüksək nəticələr göstərən “McLaren” komandasının bazar dəyəri 5 milyard dolları keçib. BrendSport.az xəbər verir ki, İngiltərə təmsilçisi bu göstərici ilə Formula 1-in ən dəyərli komandası olub.Komandanın dəyəri səhmlərin satışı əsasında aparılan qiymətləndirmə ilə müəyyənləşdirilib. Qeyd edək ki, 2022-ci ildə bir investisiya şirkəti “McLaren”in 30 faizini alarkən, komandanın ümumi dəyəri cəmi 740 milyon dollar olub. Beləliklə, şirkət 3 il ərzində təxminən 7 qat qazanc əldə edərək payını satıb. Xatırladaq ki, “McLaren” ötən mövsüm 1998-ci ildən sonra ilk dəfə komanda şəklində dünya çempionu olub. Geri qayıt |