Əsas Səhifə > Dünya idmanı > “Ferrari”nin mexanikləri Niderlandda mövsümün ən sürətli pit-stopunu həyata keçiriblər
“Ferrari”nin mexanikləri Niderlandda mövsümün ən sürətli pit-stopunu həyata keçiriblərDünən, 20:23 |
![]() Niderlandda mövsümdə doqquzuncu dəfə ən sürətli pit-stopu “Ferrari” komandası gerçəkləşdirib. BrendSport.az xəbər verir ki, Şarl Leklerin maşınında təkərlərin dəyişdirilməsi cəmi 2,10 saniyə çəkib. Bununla belə, bu nəticə mövsümün ilk on ən sürətli pit-stopu siyahısına düşməyib. İkinci ən sürətli pit-stop da “Ferrari”yə məxsus olub, belə ki, Leklerin maşınında xidmət 2,12 saniyə davam edib. Üçüncü yerdə “Racing Bulls”un mexanikləri qərarlaşıb (2,28 saniyə). Sonrakı yerlərdə isə “Kick-Sauber” (2,36), “Mercedes” (2,44), “Racing Bulls” (2,48) və “Mercedes” (2,50) gəlir. Mövsümdə ən yaxşı pit-stopların sayı: 1. “Ferrari” – 9 2. “Kick-Sauber” – 2 = “Red Bull” – 2 = “McLaren” – 2 2025 mövsümünün ən sürətli on pit-stopu: 1. “McLaren” – 1,94 (Macarıstan, Lando Norris) = “McLaren” – 1,94 (Macarıstan, Oskar Piastri) 2. “Red Bull” – 1,97 (Macarıstan, Yuki Tsunoda) 3. “Ferrari” – 2,00 (Səudiyyə Ərəbistanı, Şarl Lekler) = “Ferrari” – 2,00 (Monako, Şarl Lekler) 4. “Ferrari” – 2,04 (İmola, Şarl Lekler) = “Ferrari” – 2,04 (Macarıstan, Şarl Lekler) 5. “Ferrari” – 2,05 (Çin, Şarl Lekler) 6. “Red Bull” – 2,06 (Böyük Britaniya, Yuki Tsunoda) 7. “Ferrari” – 2,07 (Səudiyyə Ərəbistanı, Lyuis Hemilton) Komandalara görə ən yaxşı pit-stoplar: 1. “McLaren” – 1,94 (Macarıstan) 2. “Red Bull” – 1,97 (Macarıstan) 3. “Ferrari” – 2,00 (Səudiyyə Ərəbistanı və Monako) 4. “Racing Bulls” – 2,08 (Çin) 5. “Kick-Sauber” – 2,13 (İspaniya) 6. “Alpine” – 2,15 (İspaniya) 7. “Mercedes” – 2,21 (Böyük Britaniya) 8. “Aston Martin” – 2,37 (Macarıstan) 9. “Haas” – 2,49 (Avstraliya) 10. “Williams” – 2,49 (Macarıstan) Geri qayıt |