Əsas Səhifə > Dünya idmanı > "Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib

"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib


29-08-2025, 10:45


Türkiyənin "Beşiktaş" komandasının yeni baş məşqçisi bəlli olub.

BrendSport.az
xəbər verir ki, İstanbul klubu Sərgən Yalçınla anlaşıb. Təcrübəli mütəxəssis bu vəzifədə ötən gün istefaya göndərilən Ule-Qunnar Sulşeri əvəzləyəcək. Onunla 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Sərgən Yalçın daha əvvəl 2020-2021-ci illər mövsümündə "Beşiktaş"ın baş məşqçisi olub, komandaya Türkiyə çempionluğunu və ölkə kubokunu qazandırıb.
Geri qayıt