Əsas Səhifə > Dünya idmanı > "Roma" Polşa çempionatında çıxış edən futbolçunu transfer etməyə yaxındır
"Roma" Polşa çempionatında çıxış edən futbolçunu transfer etməyə yaxındır23-08-2025, 16:43 |
![]() İtaliyanın "Roma" klubu Polşa təmsilçisi "Legiya"nın müdafiəçisi Yan Siolkovskini transfer etməyə yaxındır. BrendSport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. "Canavarlar" müqavilə müddəti 2028-ci ildə başa çatacaq 20 yaşlı oyunçunu sıralarına cəlb etməkdə israrlıdır. Siolkovski özü də A Seriyasında çıxış etməyə müsbət yanaşır. Futbolçu ilə bağlanacaq sözləşmənin şərtləri razılaşdırılıb. Qeyd edək ki, Yan Siolkovski ötən mövsüm bütün yarışlarda 28 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Geri qayıt |