Əsas Səhifə > Dünya idmanı > Malayziya "Formula 1"ə ev sahibliyi etməyi planlaşdırmır
Malayziya "Formula 1"ə ev sahibliyi etməyi planlaşdırmır21-08-2025, 15:24 |
![]() Malayziya "Formula 1" üzrə dünya çempionatının mərhələsinə ev sahibliyi etməyi planlaşdırmır. BrendSport.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Hanna Yeo açıqlama verib. O, bunu yarışa ev sahibliyi etmək hüququnun baha olması, infrastrukturun hazırlanması zərurəti və gərgin yarış təqvimi ilə əlaqələndirib. Onun sözlərinə görə, qənaət edilən məbləğ digər idman növlərinin inkişafına sərf olunur. Qeyd edək ki, Malayziya Qran-prisi 1999-cu ildən 2017-ci ilədək davam edib və "Formula 1" üzrə Asiyanın qədim mərhələlərindən biri olub. Geri qayıt |