Əsas Səhifə > Dünya idmanı > FIFA klublararası dünya çempionatının formatını dəyişə bilər
FIFA klublararası dünya çempionatının formatını dəyişə bilər18-08-2025, 10:54 |
![]() FİFA klublararası dünya çempionatının formatını dəyişə bilər. BrendSport.az xəbər verir ki, ali futbol qurumu turnirin iki ildən bir keçirilməsini planlaşdırır. 2029-cu ildən başlayaraq komanda sayı 32-dən 48-ə çatdırılacaq. Bundan başqa, oyun təqvimində sıxlığı aradan qaldırmaq üçün milli komandaların iyulda keçirəcəyi yoldaşlıq matçlarının ləğvi də nəzərdə tutulub. Qeyd edək ki, klublararası dünya çempionatı bu il ABŞ-da təşkil olunub. Qalib İngiltərə təmsilçisi "Çelsi" olub. Geri qayıt |