Əsas Səhifə > Dünya idmanı > İrqçi şüarlara görə FİFA Rusiyanı cərimələdi
İrqçi şüarlara görə FİFA Rusiyanı cərimələdi8-05-2018, 21:33 |
FİFA Rusiya Futbol İttifaqını cəzalandırıb. Qurumun saytının yaydığı xəbərə görə, buna səbəb rusiyalı azarkeşlərin milli komandanın Fransa ilə yoxlama oyununda rəqib futbolçulara qarşı irqçi şüarlar səsləndirməsidir. Buna görə Rusiya Futbol İttifaqı 30 min İsveçrə frankı məbləğində cərimələnib. Qeyd edək ki, martın 27-də Sankt-Peterburq şəhərində keçirilən yoxlama matçında Rusiya millisi 1:3 hesabı ilə uduzub. Geri qayıt |