Əsas Səhifə > Dünya idmanı > Polis İngiltərə Premyer Liqasının oyununda baş vermiş irqçiliklə bağlı araşdırmaya başlayıb
Polis İngiltərə Premyer Liqasının oyununda baş vermiş irqçiliklə bağlı araşdırmaya başlayıb16-08-2025, 17:05 |
![]() Liverpul polisi İngiltərə Premyer Liqasının açılış oyununda baş vermiş irqçiliklə bağlı araşdırmalara başlayıb. BrendSport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 47 yaşlı azarkeş "Bornmut"un futbolçusu Antuan Semenyonu təhqir etdikdən sonra tribunadan uzaqlaşdırılıb. Qeyd edək ki, "Liverpul" I turun açılış matçında "Bornmut"a qalib gəlib - 4:2 Geri qayıt |