Əsas Səhifə > Dünya idmanı > Mövsümün son "El-Klassiko"su

Mövsümün son "El-Klassiko"su


6-05-2018, 14:56


İspaniya La Liqasında 36-cı turun oyunları davam edir.

Bu gün daha 4 görüş keçiriləcək. Turun ən maraqlı qarşılaşması Kataloniyada olacaq. Artıq çempionluğu rəsmiləşdirmiş “Barselona” “Nou Kamp”da “Real”ı qonaq edəcək. Bütün dünyanın maraq və həyəcanla gözlədiyi “El-Klassiko” Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında mövsümün ilk yarısında keçirilən oyunda “Barselona” 3:0 hesablı qələbə qazanmışdı.
Geri qayıt