Əsas Səhifə > Dünya idmanı / Digər > "Qarabağ" - "Şelburn" oyununun hakimləri açıqlanıb

"Qarabağ" - "Şelburn" oyununun hakimləri açıqlanıb


Dünən, 16:10


“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununun hakimləri müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, İrlandiyanın “Şelburn” klubu ilə keçiriləcək ev görüşünə İtaliyadan olan ədalət təmsilçiləri təyinat alıb.

İyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanı Andrea Kolombo idarə edəcək. Stefano Alassio və Dario Cekkoni oyunun baş hakiminin köməkçiləri olacaqlar. Kevin Bonakina dördüncü hakim funksiyasını yerinə yetirəcək.

VAR-da Daniele Doveri, AVAR-da Daniele Paterna olacaq.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Geri qayıt