Əsas Səhifə > Dünya idmanı > Macarıstanın paytaxtı Budapeştdə reytinq turnirinə start verilib
Macarıstanın paytaxtı Budapeştdə reytinq turnirinə start verilib18-07-2025, 10:31 |
![]() İlin son reytinq turnirinin ilk günündə sərbəst güləş üzrə milli komandanın 3 üzvü xalçaya çıxıb. BrendSport.az xəbər verir ki, onlardan ikisi fəxri kürsüyə qalxıb. İslam Bazarqanov (57 kq) və Əli Rəhimzadə (65 kq) gümüş medal qazanıb. Kənan Heybətov (70 kq) isə ilk mərhələdə məğlub olub. Qeyd edək ki, olimpiya mükafatçısı və Avropa çempionu Giorgi Meşvildişvili (125 kq) zədələndiyi üçün yarışda iştirak etməyib. Geri qayıt |