Əsas Səhifə > Dünya idmanı > Klublararası dünya çempionatının qalibi olan "Çelsi"nin qazancı müəyyənləşib

Klublararası dünya çempionatının qalibi olan "Çelsi"nin qazancı müəyyənləşib


Bu gün, 09:55


Klublararası dünya çempionatının qalibi olan İngiltənin "Çelsi" klubunun qazancı müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, komanda turnirdə ümumilikdə 114,6 milyon dollar gəlir əldə edib.

Bunun 29 milyon dolları turnirdə iştiraka görə, 86,5 milyon dolları isə əlavə mükafat olub. İlk "üçlük"də Fransanın PSJ (106,9 milyon dollar), həmçinin İspaniyanın "Real" (82,5 milyon dollar) klubları yer alıb.

Ən az qazanan klub isə Yeni Zelandiya təmsilçisi "Oklend" olub - 4,6 milyon dollar.

Qeyd edək ki, "Çelsi" finalda PSJ-ni 3:0 hesabı ilə üstələyib. Entso Mareskanın rəhbərlik etdiyi kollektiv yeni formatda keçirilən dünya çempionatını qazanan ilk komanda olub.
Geri qayıt