Əsas Səhifə > Dünya idmanı > "Barselona" yenilənmiş "Kamp Nou"nun görüntülərini yayıb

"Barselona" yenilənmiş "Kamp Nou"nun görüntülərini yayıb


20-08-2024, 15:28


İspaniyanın "Barselona" klubu yenilənmiş "Kamp Nou" stadionunun görüntülərini yayıb.

BrendSport.az
xəbər verir ki, bir ildən çox davam edən yenidənqurma prosesindən sonra komanda dekabrda doğma arenaya qayıtmağa hazırlaşır.

Yenidənqurma işləri təxminən 1,5 milyard avroya başa gəlib. Stadionun tutumu 99 354-dən 106 000 nəfərə qədər artırılacaq. Arenanın bütün tribunaları qoruyan və açılıb-bağlanan damı da olacaq.

Qeyd edək ki, Kataloniya təmsilçisi yenidənqurma işləri ilə əlaqədar ev oyunlarını Barselonadakı Olimpiya stadionunda keçirir.
Geri qayıt