Əsas Səhifə > Dünya idmanı > Yeniyetmə futbolçu cinayətkarın hücumu nəticəsində həyatını itirib

Yeniyetmə futbolçu cinayətkarın hücumu nəticəsində həyatını itirib


19-08-2024, 15:39


İspaniyada yeniyetmə futbolçu naməlum şəxsin hücumu nəticəsində ölüb.

BrendSport.az
xəbər verir ki, faciə avqustun 18-i səhər saatlarında Toledo əyalətində baş verib.

Üzü şərflə bağlanmış və əlində iti əşya olan cinayətkar meydanda futbol oynayan uşaqlara hücum edib. O, qaçmağa çalışan yeniyetmələrdən birinə ölümcül zərbə endirib və avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.

İspaniya polisi cinayətkarın axtarışına başlayıb. İlkin ehtimallara görə, cinayət törədən şəxsin psixi pozğunluğu olub. Hadisə şahidlərinin sözlərinə görə, qatil təxminən 18 yaşındadır.
Geri qayıt