Əsas Səhifə > Dünya idmanı > İngiltərədə ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
İngiltərədə ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlər bəlli olub13-08-2024, 13:27 |
İngiltərənin Peşəkar Futbolçular Assosiasiyası (PFA) 2023/2024 mövsümünün ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb. BrendSport.az xəbər verir ki, siyahıda altı futbolçu yer alıb. Bunlar Erlinq Holann, Rodri, Fil Foden (hər üçün "Mançester Siti"), Martin Edeqor "Arsenal", Koul Palmer ("Çelsi") və Olli Uotkinsdir ("Aston Villa"). Assosiasiya üzvləri arasında keçiriləcək səsvermədən sonra müəyyənləşəcək qalibin adı avqustun 20-də açıqlanacaq. Qeyd edək ki, 2022/2023 mövsümündə Erlinq Holann mükafata sahib çıxıb. Geri qayıt |