Əsas Səhifə > Dünya idmanı > “Mançester Yunayted”in sabiq qapıçısı İtaliya klubu ilə müqavilə bağlayacaq

“Mançester Yunayted”in sabiq qapıçısı İtaliya klubu ilə müqavilə bağlayacaq


8-08-2024, 16:50


İngiltərənin “Mançester Yunayted” klubunun və İspaniya yığmasının keçmiş qapıçısı David de Xea İtaliya təmsilçisi “Fiorentina”ya keçəcək.

BrendSport.az
xəbər verir ki, ötən ilin yayında “Mançester Yunayted”dən ayrıldıqdan sonra komandasız qalan qolkiper yaxın günlərdə Florensiya klubu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalayacaq.

Həmçinin sözləşməyə 1+1 şərti də daxil ediləcək.

Qeyd edək ki, De Xea “Mançester Yunayted”lə yanaşı, “Atletiko"nun da formasını geyinib.
Geri qayıt