Əsas Səhifə > Dünya idmanı > Salah, yoxsa Marselo?

Salah, yoxsa Marselo?


26-04-2018, 17:32


Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Namizədlər arasında Məhəmməd Salah ("Liverpul") və Marselo ("Real") yer alıb. Azarkeşlərin səsverməsindən sonra ən yaxşı oyunçu bəlli olacaq.

Qeyd edək ki, Salah "Roma" ilə oyunda 2 qol və 2 assistlə yadda qalıb. Marselo isə "Bavariya" ilə görüşdə komandasının ilk qolunu vurub.
Geri qayıt