Əsas Səhifə > Dünya idmanı > "Bavariya" "Tottenhem"ə qalib gəlib

"Bavariya" "Tottenhem"ə qalib gəlib


3-08-2024, 17:53


Almaniyanın "Bavariya" və İngiltərənin "Tottenhem" klubları yoldaşlıq görüşü çərçivəsində üz-üzə gəliblər.

BrendSport.az
xəbər verir ki, Cənubi Koreyada keçirilən matçda münhenlilər 2:1 hesablı qələbəyə sevinib.

Görüşdə hesabı Bundesliqa təmsilçisi açıb. 4-cü dəqiqədə Qabriel Vidoviç fərqlənib. 56-cı dəqiqədə Leon Qoreçka fərqi iki topa çatdırıb.

İngiltərə kollektivinin yeganə qoluna isə 65-ci dəqiqədə Pedro Porro imza atıb.

Qeyd edək ki, bu komandalar 1 həftə sonra yoxlama matçında yenidən üz-üzə gələcəklər.
Geri qayıt