Əsas Səhifə > Dünya idmanı > Paris-2024: Novak Cokoviç Rafael Nadalı məğlub edib

Paris-2024: Novak Cokoviç Rafael Nadalı məğlub edib


29-07-2024, 17:30


Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, 37 yaşlı təcrübəli idmançı 1/16 final mərhələsində ispaniyalı Rafael Nadalla üz-üzə gəlib.

Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib - 2:0 (6:1, 6:4). O, I turda avstraliyalı Mettyu Ebdeni eyni hesabla üstələmişdi.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Geri qayıt