Əsas Səhifə > Dünya idmanı > Paris-2024: 61 yaşlı stolüstü tennisçi rekorda imza atıb

Paris-2024: 61 yaşlı stolüstü tennisçi rekorda imza atıb


29-07-2024, 16:00


Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qələbə qazanan 61 yaşlı stolüstü tennisçi Ni Xialian unikal rekorda imza atıb.

BrendSport.az
xəbər verir ki, Lüksemburq təmilçisi 1/32 finalda türkiyəli Sibel Altınkayanı üstələyərək olimpiadalar tarixində qalib gələn ən yaşlı stolüstü tennisçi olub.

O, növbəti mərhələdə özündən 38 yaş kiçik çinli Sun Yinqşa ilə qarşılaşacaq.
Geri qayıt