Əsas Səhifə > Dünya idmanı > UEFA Superkuboku oyununu idarə edəcək hakim müəyyənləşib

UEFA Superkuboku oyununu idarə edəcək hakim müəyyənləşib


27-07-2024, 14:28


İspaniyanın “Real Madrid” və İtaliyanın “Atalanta” komandaları arasında UEFA Superkuboku uğrunda oyunu idarə edəcək hakimin adı açıqlanıb.

BrendSport.az
xəbər verir ki, görüşü isveçrəli referi Sandro Şerer idarə edəcək.

Qarşılaşma avqustun 14-də Polşanın paytaxtı Varşavada keçiriləcək.

Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının, “Atalanta” isə Avropa Liqasının son qalibləridir.
Geri qayıt