Əsas Səhifə > Dünya idmanı > “Real Madrid” Fransa millisinin üzvü ilə yeni müqavilə imzalayacaq

“Real Madrid” Fransa millisinin üzvü ilə yeni müqavilə imzalayacaq


25-07-2024, 13:27


İspaniyanın “Real Madrid” komandası Ferlan Mendi ilə yeni müqavilə imzalayacaq.

BrendSport.az
xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Fransalı müdafiəçinin 2025-ci ilin yayında başa çatacaq sözləşməsi daha iki il uzadılacaq.

F. Mendi ötən mövsüm “kral klubu”nun heyətində 37 matçda 1 qolla yadda qalıb.

Xatırladaq ki, Fransa millisinin üzvü 2019-cu ildən “Real Madrid”də çıxış edir.
Geri qayıt