Əsas Səhifə > Dünya idmanı > “Paris-2024” Yay Olimpiya Oyunlarına start verilib

“Paris-2024” Yay Olimpiya Oyunlarına start verilib


24-07-2024, 19:12


Bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarına start verilib.

BrendSport.az
xəbər verir ki, açılış oyunları futbol matçları ilə başlayır. Argentina millisi Mərakeşlə, İspaniya yığması isə Özbəkistanla üz-üzə gələcək.

Bu gün daha iki oyun keçiriləcək. Saat 21:00-da İraq–Ukrayna, saat 23:00-da isə Fransa-ABŞ yığmaları münasibətlərini aydınlaşdıracaqlar.

Qeyd edək ki, Paris Olimpiadasının rəsmi açılış mərasimi iyulun 26-da Sena çayında təşkil ediləcək.

Oyunlara avqustun 11-də bağlanış mərasimi ilə yekun vurulacaq.
Geri qayıt