Əsas Səhifə > Dünya idmanı > Fransa 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək

Fransa 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək


24-07-2024, 14:00


Fransa 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək.

BrendSport.az
xəbər verir ki, bununla bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinin (IOC) 142-ci sessiyasında qəbul olunub.

IOC yarışların Fransa Alplarında keçirilməsinə qərar verib. Bununla da ölkə 4-cü dəfə Qış Olimpiadasını qəbul edəcək. Fransada bu yarış daha əvvəl 1924, 1968 və 1992-ci illərdə təşkil olunub.

Qeyd edək ki, Fransa bu il “Paris-2024” Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək.
Geri qayıt