Əsas Səhifə > Dünya idmanı > Çempionlar Liqası: "Qarabağ" ilk oyunda "Linkoln"u məğlub edib

Çempionlar Liqası: "Qarabağ" ilk oyunda "Linkoln"u məğlub edib


23-07-2024, 21:57


UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində üz-üzə gələn "Linkoln" (Cəbəllütariq) və "Qarabağ" komandaları arasında oyun başa çatıb.

BrendSport.az
xəbər verir ki, görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qarabağ"ın qollarını 45+2-ci dəqiqədə Olavio Juninyo və 75-ci dəqiqədə Toral Bayramov vurublar.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda olacaq. Bu cütün qalibi III təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) duelinin güclüsü ilə qarşılaşacaq.
Geri qayıt