Əsas Səhifə > Dünya idmanı > Paris Olimpiadası sabah futbol və reqbi oyunları ilə start götürəcək

Paris Olimpiadası sabah futbol və reqbi oyunları ilə start götürəcək


23-07-2024, 13:00


İyulun 24-də Paris-2024 Yay Olimpiya Oyunlarına start veriləcək.

BrendSport.az
xəbər verir ki, nüfuzlu yarış futbol və reqbi matçları ilə başlayacaq.

Futbol yarışlarının açılış matçlarında Argentina millisi Mərakeşlə, İspaniya yığması isə Özbəkistanla üz-üzə gələcək.

Reqbi üzrə açılış oyunu isə Avstraliya və Samoa kollektivləri arasında olacaq.

Qeyd edək ki, Paris Olimpiadasının rəsmi açılış mərasimi iyulun 26-da Sena çayında təşkil ediləcək. Oyunlara avqustun 11-də bağlanış mərasimi ilə yekun vurulacaq.
Geri qayıt