Əsas Səhifə > Dünya idmanı > Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri məlum olub

Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri məlum olub


22-07-2024, 17:03


UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

BrendSport.az
xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçiləri – “Zirə”, “Sabah” və “Sumqayıt”ın da potensial rəqibləri müəyyənləşib.

“Sabah” klubu II raundda “Makkabi” səddini adlayacağı halda, III təsnifat mərhələsində “Sent Patriks Atletik” (İrlandiya)-“Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.

“Zirə” - “Dunayska Streda” (Slovakiya) cütünün qalibi “Osiyek” (Xorvatiya) – “Levadiya” (Estoniya), “Sumqayıt” və “Fehervar” (Macarıstan) arasındakı oyunların qalibi isə “Omoniya” (Kipr) – “Torpedo Kutaisi” (Gürcüstan) duelinin güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.
Geri qayıt