Əsas Səhifə > Dünya idmanı > “Yuventus” Fransa millisinin futbolçusu ilə yollarını ayırıb

“Yuventus” Fransa millisinin futbolçusu ilə yollarını ayırıb


18-07-2024, 18:18


İtaliyanın "Yuventus" komandası fransalı yarımmüdafiəçi Adrien Rabyo ilə yollarını ayırıb.

BrendSport.az
xəbər verir ki, Turin təmsilçisi 29 yaşlı futbolçu ilə başa çatan müqavilənin müddətini uzatmayıb.

2019-cu ildən “qoca sinyora”nın formasını geyinən oyunçu bir dəfə İtaliya çempionu, iki dəfə ölkə kubokunun qalibi olub.

Qeyd edək ki, Fransa yığmasının üzvü də olan Adrien Rabyo ötən mövsüm “Yuventus”un heyətində 31 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Geri qayıt