Əsas Səhifə > Dünya idmanı > Amerika Kuboku: Argentina millisinin qapıçısı ən yaxşı seçilib

Amerika Kuboku: Argentina millisinin qapıçısı ən yaxşı seçilib


15-07-2024, 13:24


Argentina millisinin üzvü Emiliano Martines Amerika Kubokunun ən yaxşı qapıçısı seçilib.

BrendSport.az
xəbər verir ki, 31 yaşlı qolkiper buna 6 oyunda cəmi 1 qol buraxmaqla nail olub.

Argentina seçməsi turnirin finalında Kolumbiya yığmasını 1:0 hesabı ilə məğlub edərək tarixində 16-cı dəfə Amerika Kubokunu qazanıb.

Qeyd edək ki, yarışın ən yaxşı futbolçusu isə Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriges seçilib.
Geri qayıt