Əsas Səhifə > Dünya idmanı > Amerika Kubokunda yarımfinalçılar bəlli olub, Braziliya millisi turnirlə vidalaşıb

Amerika Kubokunda yarımfinalçılar bəlli olub, Braziliya millisi turnirlə vidalaşıb


7-07-2024, 09:00


ABŞ-də təşkil olunan futbol üzrə Amerika Kubokunda bütün yarımfinalçılar bəlli olub.

BrendSport.az
xəbər verir ki, bu raundun cütləri 1/4 final mərhələsinin son iki oyunundan sonra dəqiqləşib.

Kolumbiya yığması Panamanı beş cavabsız qolla üstələyib. Uruqvay - Braziliya matçının əsas vaxtında hesab açılmayıb. Penaltilər seriyasında rəqibinə uduzan (2:4) "sambaçılar" turnirlə vidalaşıb.

Yarımfinal mərhələsində Argentina Kanada ilə, Uruqvay isə Kolumbiya ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq 10 və 11 iyulda gerçəkləşəcək. Final görüşü iyulun 14-də olacaq.
Geri qayıt