Əsas Səhifə > Dünya idmanı > Amerika Kuboku: Kanada yarımfinala vəsiqə qazanıb

Amerika Kuboku: Kanada yarımfinala vəsiqə qazanıb


6-07-2024, 09:01


ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda növbəti yarımfinalçı məlum olub.

BrendSport.az
xəbər verir ki, 1/4 finalda Venesuela və Kanada yığmaları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası baş tutub.

Burada daha dəqiq olan Kanada seçməsi adını yarımfinala yazdırıb - 4:3.

Komanda bu raundda Argentina ilə qarşılaşacaq.

Qeyd edək ki, Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.
Geri qayıt